FİFA intizam komitəsi DÇ-2018-in oyunları zamanı media marketinq qaydalarını pozduğuna görə Xorvatiya və İsveç milliləri ilə bağlı qərar qəbul edib.
Unikal.org-un məlumatına görə, İsveç Futbol Federasiyası 50 min isveçrə frankı məbləğində cərimələnib. Buna səbəb milli komandanın futbolçusunun1/4 finalda İngiltərəyə 0:2 hesabı ilə məğlub olduqları oyunda ticarət markası göstərməsidir.
Eyni cəza Xorvatiyaya da verilib. Yarımfinal matçının əlavə vaxtında İngiltərəni 2:1 hesabı ilə üstələyən komanda futbolçusunun üzərində ticarət markası olduğuna görə cəzalandırılıb.