Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı həbs edilib.
Unikal.org Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kiyevin Solomensk rayon polisinin bildirdiyinə görə 1983-cü il təvəllüdlü Haqverdiyev Xəyyam Xəlil oğlunu insan oğurluğu ittiham edilir.
Məhkəmə qarşısına çıxarılan X.Haqverdiyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Saxlanılan şəxs ittihamla razılaşmayıb və vəkil tələb edib.