Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, həmin əməliyyatın fotoları yayılıb. Fotolarda əməliyyatı həyata keçirən DİN-in "Aslanlar xüsusi təyinatlı dəstəsi və məhv edilən R. Böyükkişiyevin cəsədi öz əksini tapıb.
Xatırladaq ki, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən öldürülüb.