Dünya çempionatının yayımı məsələsi bir çox ölkələrdə problem yaradıb.
Unikal.org xəbər verir ki, yayım hüququnu alan hər bir telekanal öz ölkəsində çempionatı yayımlamaq üçün müəlliflik hüququn malik olur. Həmin televiziya kanalının başlıca məqsədi auditoriyasını, reytinqini yüksəltmək, eləcə də reklam gəlirlərini artırmaqdır.
Xarici kanallardan gələn siqnalın kəsilməməsi isə bu məsələdə ciddi problemə çevrilir. Qazaxıstan ərazisində yayım hüququna malik "Qazsport kanalı ölkədə dünya çempionatını yayımlayan kafe və barları bu səbəbdən məhkəməyə verməyə hazırlaşır. Buna səbəb həmin obyektlərin futbol matçlarını xarici telekanallar vasitəsiylə yayımlamasıdır.
Ölkənin paytaxtında və bölgələrində 30-dan çox obyekt haqqında müəlliflik hüququnun pozulmasına görə məhkəməyə iddianamə hazırlanıb təqdimedilib.