İngiltərənin Premyer Liqa klubu "Qalatasarayın qapıçısını transfer etmək istəyir.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan İngiltərə klubu "cim-bomun uruqvaylı qolkiperi Fernando Muslera üçün rəsmi təklif göndərib. Maddi cəhətdən problemləri olan "Qalatasaray oyunçunu satmağa isti yanaşır. Musleranın da İngiltərəyə getmək istədiyi bildirilir. Futbolçu üçün 10 milyon avro təklif edilib. Lakin "sarı-qırmızılar qolkiper üçün 13 milyon avro tələb edir.
Uruqvay millisinin də formasını geyinən 32 yaşlı qapıçı, DÇ-2018-in 1/4 final mərhələsində Fransaya qarşı keçirdikləri oyunda etdiyi səhvlərlə yadda qalmışdı.
"Qalatasaray Musleranın ayrılacağı təqdirdə, "çərçivəyə "Bursaspordan Harun Təkini transfer edəcək.
Muslera 2011-ci ildən "Qalatasarayın şərəfini qoruyur.