FİFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasında meydana çıxacaq.
Unikal.org xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada "Zalsburq klubu ilə ikinci təsnifat mərhələsinin "Şkendiya (Mekedoniya) - "Şerif (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.
Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.