"Spartakın yarımmüdafiəçisi, Rusiya yığmasının sabiq futbolçusu, Azərbaycan əsilli Aleksandr Səmədov Kremldə prezident Vladimir Putin tərəfindən mükafatlandırılmasına münasibət bildirib.
Unikal.org xəbər verir ki, DÇ-2018-də uğurlu çıxış edən Rusiya yığmasının Kremldə qəbul edilməsindən sonra Səmədov "tvitterdə fikirlərini yazıb. O, azarkeşlərə və şəxsən prezidentə təşəkkürünü bildirib:
"Kremldə prezident Putinin əlindən mükafat almaq böyük şərəf idi. Mənim əməyimi yüksək qiymətləndirdikləri üçün milyonlarla rusiyalıya və şəxsən prezident Putinə təşəkkür edirəm.
Səmədov DÇ-2018-in 1/4 finalında Xorvatiya ilə keçirilən oyundan sonra Rusiya yığmasında karyerasını bitirdiyini bildirmişdi.