"Napolinin yarımmüdafiəçisi Marek Hamşik karyerasını İtaliyada davam etdirəcək.
Unikal.org xəbər verir ki, Hamşikin Çin çempionatında çıxış etmək variantı olub. Ancaq slovakiyalı futbolçunu "Napolinin yeni baş məşqçisi Karlo Ançelotti fikrindən döndərə bilib:
"Çinə getmək haqda fikirləşirdim. Amma Ançelotti gəldikdən sonra mənə əlavə motivasiya verdi. O, mənimlə danışdı və oyun qurucusu mövqeyində çıxış edə biləcəyimi dedi. Bu da məndə maraq oyatdı.
"Napolinin forması mənim ikinci dərimdir. Biz skudettonu qazanmayana qədər mənim missiyam başa çatmış sayılmayacaq. Mən "Napolini, azarkeşlər də məni sevirlər. Heç yerə getmirəm.
Vaxtı ilə "Napoli"də çıxış etmiş Dieqo Maradona həmişə birinci olacaq. Onun yanında dayanmağı təsəvvür etmək olduqca xoşdur. Ancaq bunun üçün ilk növbədə titul qazanmaq lazımdır.