İngiltərənin "Vulverhempton klubunun qapıçısı Karl İkeme karyerasını başa vurub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı qolkiperin bu qərarına onun ağır xəstəlikdən əziyyət çəkməsi səbəb olub.

Hələ ötən il xərçəng diaqnozu ilə müalicəyə başlayan nigeriyalı futbolçu intensiv kimyaterapiya kursları keçdiyindən, həm geridə qalan mövsümü, həm də DÇ-2018-i buraxmalı oldu.

Qeyd edək ki, Nigeriya yığmasında da oynamış qolkiper karyerası ərzində "Akkrinqton Stenli, "Stokport Kaunti, "Çarlton Atletik, "Şeffild Yunayted, KPR, "Lester", "Midlsbro, "Donkaster Rovers klublarında da forma geyinib.