2018-ci ilin I yarımilliyi ərzində qiymətli kağızlar bazarında ümumilikdə 12 451 mln. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur.
Unikal.org xəbər verir ki, əməliyyatların 52.2%-i (6 499 mln. manat) ilkin bazarda, 47.8%-i (5 952 mln. manat) isə təkrar bazarda aparılıb.
2018-ci ilin I yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 40 dəfə daha çox repo əməliyyatları edilib. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 466 mln. manat (94%-i və ya 439 mln. manat dövlət qiymətli kağızları ilə) olub.
Hesabat dövründə ümumilikdə 8 210 mln. manat həcmində (95 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.
2018-ci ilin I yarımilliyi üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az və [email protected] ünvanına müraciət edə bilərlər.