Müsavat Partiyasının başqanı Arif Hacılı Bakıdakı Uroloji Mərkəzə yerləşdirilib.
Unikal.org xəbər verir ki, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Report"a açıqlamasında deyib ki, hazırda Arif Hacılı hər iki böyrəyindən əməliyyat olunur: "Onun böyrəklərindəki daş lazer üsulu ilə xırdalanır. Əməliyyat davam edir".
O bildirib ki, Müsavat başqanının səhhəti normaldır.