İtaliya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım göstərəcək.

Unikal.org-un news.am-a istinadən verdiyi xəbərə görə, bunu İrəvanda səfərdə olan İtaliya prezidenti Sergio Mattarella bəyan edib.
Onun sözlərinə görə, İtaliya ATƏT sədri qismində münaqişənin Helsinki Yekun Aktının müddəalarına əsasən həll olunmasına kömək edəcək.
"Sülhü təmin etmək lazımdır. Sülh danışıqlarını bərpa etmək üçün əlimizdən gələni edəcəyik. Münaqişənin nizamlanması yalnız ATƏT-in Minsk qrupu çərçivəsində və beynəlxalq hüquq normalarına əsasən siyasi yolla əldə edilə bilər, deyə S.Mattarella qeyd edib.