Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan bu ilin sentyabrında Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində görüşəcəklərini razılaşdırıblar.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "RİA Novostiyə bildirib.
Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında ilk görüş bu il iyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefani Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) vasitəçiliyi ilə olub.
"Nazirlər BMT-nin Baş Assambleyası çərçivəsində görüşməyi prinsipial olaraq razılaşdırıblar. Bu görüşədək daha bir görüşün keçirilməsi məsələsi nəzərdən keçirilir, - deyə Hikmət Hacıyev bildirib.