Azərbaycan XİN Mərkəzi Afrika Respublikasında (MAR) rus jurnalistlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Unikal.org bildirir ki, başsağlığı Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yayılıb.

Başsağlığında deyilir: "MAR-da faciəli şəkildə ölən rusiyalı jurnalistlərin doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk".

Qeyd edək ki, dünən MAR-da 3 rusiyalı jurnalist Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko öldürülüb.