Dünya bazarlarında neftin qiyməti Baker Hughes şirkətinin ABŞ-ın neft-qaz sənayesində ötən həftə buruqların sayının dəyişilməməsi barədə məlumatları fonunda ucuzlaşmağa başlayıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, mayın 20-si axşam saatlarına olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,23% azalaraq 48,7 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 0,39% ucuzlaşaraq 48,47 dollar təşkil edib.