Mərkəzi Afrika Respublikasında filim çəkilişləri zamanı öldürülən jurnalistlərin meyitləri təyyarə ilə Fransanın paytaxtı Parisə gətirilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, jurnalist Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyevin nəşi sabah Paris-Moskva təyyarə reysi ilə Rusiyaya göndəriləcək.
Avqust ayının 6-da hər üç şəxsin cənazə mərasimi keçiriləcək. Orxan Camal Moskvada müsəlmanlar qəbrstanlığında dəfn olunacaq.