Bir stəkan çay içmək üçün nə qədər uzağa getməyi gözə alırsınız? Sizi bilmirik, amma bəzi insanlar 1864 metr hündürlüyündə dağa dırmaşmağı gözə alır bunun üçün. Tək məqsədləri isə Çindəki Huangshan Dağındakı çay bağçasına çata bilməkdir.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hündürlüyə qalxma deyilincə hər kəsin ağılına başqa bir şey gələ bilər. Amma dağa dırmaşmaq olduca həyəcanlıdır. Bəzən minlərlə pillə çıxırsınız; bəzən də qırıq-sökük taxta körpülər, aşağıdakı minlərləcə metr boşluğa baxanda başınız gicələnəcək. Amma işin ucunda sizi dünyanın təpəsində çay keyfi gözləyir.