İstanbul polisi dərman qaçaqmalçılığı ilə məşğul olanları yaxalayıb. Unikal.orgTürkiyə mətbuatına istinadla verdiyi məlumata görə, dərman qaçaqmalçılığı ilə məşğul olan qruplaşmanın əməlininin üstü açılıb. Polis əməliyyatı şəhərin 7 rayonunda həyata keçirilib.
Həbs olunanlar arasında həkim, əzaçı və dərman saxlanılan anbarın sahibi olub. Ümumilikdə, əməliyyatlar zamanı 1-i qadın olmaqla 32 şübhəli polis idarəsinə gətirilib.
Saxlanılan 32 nəfərdən 5-i ifadələri alındıqdan sonra sərbəst buraxılıb. Digərlərinin isə işi məhkəməyə göndərilib. Hakimlərin verdiyi qərarla onlardan 10 nəfərin həbs müddəti uzadılıb. Amma 17 nəfər xarici ölkəyə getməmək şərti ilə azadlığa buraxılıb.
Saxlanılan şəxslər polis idarəsinə gətirilərkən güclü təhlükəsizlik tədbirləri görülüb. Onlar dərmanların barkodlarını qeyri-qanuni yollarla silib, xərçəng, şəkər və hemofiliya xəstəlikləri olan şəxslərin şəxsiyyət vəsiqələrindən istifadə etməklə baha qiymətə olan tibbi preparatları ölkədən çıxarıblar.
Qrup əsasən dərmanları Azərbaycan, Suriya, Misir və İraq kimi ölkələrə aparıb. Saxtakarlıqla məşğul olan dəstə dövlətə 6 milyon lirə (təqribən 3 milyon manat) zərər vurub.