Rusiya silahlarının federasiyanın 200 milyon dollar həcmində ixrac krediti çərçivəsində Ermənistana tədarükü prosesinə start verilib.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Ovik Abraamyan məlumat verib.
"Proses plana uyğun gedir. Hər hansı bir problem yoxdur. Proses başlayıb", - deyə O.Abraamyan şənbə günü jurnalistlərə bildirib.