Meksika Seçki Məhkəməsi ölkə prezidenti seçkilərində Andres Manuel Lopes Obradorun qalib gəldiyini rəsmi olaraq təsdiqləyib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, məhkəmədə keçirilmişi iclasa əsasən, ölkədə keçirilən seçkilər etibarlı sayılır və Obrador qalib gəlib.

Sol qüvvələrdən namizəd olan Obrador 1 dekabr tarixində vəzifəsinin icrasına başlamalıdır. Xatırladaq ki, keçirilən seçkilərdə seçici fəallığı 63 faiz təşkil edib. Onlardan 53 faizi məhz Obradora səs verib.