Hacıqabulda intihara cəhd edən qadın dünyasını dəyişib.
 
Unikal.org APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1941-ci il təvəllüdlü B. İbrahimov küçəsi, ev 1/6  ünvanında yaşayan Kərimova Püstə Xələf qızı özünü yandırmaqla intihar etməyə cəhd edib. O, bədənin 90%-nin termik yanığı, yanıq şoku ilə adonal vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
 
Eyni zamanda həkimlər xəstənin sol döş qəfəsi nahiyəsində kəsilmiş-deşilmiş yara da aşkar ediblər.
 
Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisənin hansı səbəbdən baş verməsi hələlik müəyyən edilməyib.
 
Faktla bağlı Hacıqabul prokroluğunda araşdırma aparılır.