Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.
Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, səfər avqustun 13-14-də baş tutacaq.
Səfər zamanı Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüşdə iki dövlət arasında münasibətlər və aktual məsələlərin müzakirə olunacağı planlaşdırılır.