Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin Yəmənin Saada əyalətinin Dahyan rayonunda avtobusu havadan bombalaması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatında bildirilir.

Hadisə nəticəsində daha 77 nəfər yaralanıb.