Çexiyada ixtisaslaşdırılmış elektron bilərziklərin sınaqdan keçirilməsi yaxın həftələr ərzində başa çatacaq.
Unikal.org azərtac-a istinadən xəbər verir ki, bu bilərziklərlə ev dustaqlığına məhkum olunmuş şəxslərin cəza rejiminə nəzarət ediləcək.
Çexiya hakimlərinin sözügedən cəzanı gələcəkdə daha çox tətbiq edəcəkləri gözlənilir. Əslində, elektron bilərziklər sistemi 2006-cı ildən tətbiq edilməli idi. Ancaq bəzi səbəblərə görə bu proses dayandırıldı. Amma ləngimə layihənin icrasının ucuzlaşmasına gətirib çıxardı. Belə ki, dövlət sistem üçün 2 milyard kron yerinə bir neçə milyon kron ödəyəcək.