Əhali, əməkhaqqısının təxminən 50 %-ini yeməyə, içkiyə və siqaretə xərcləyir.
Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 112 manatlıq ərzaq ,içki və tutun məmulatları alıb. Bu da o deməkdir ki, əhalinın maşının 50,5%-i bu xərclərə gedib.
Dəblə geyinmək istəyi də xərcləri artırır. 17,2%-lik göstərici ilə geyim və ayaqqabıya təlabat statistikada ikinci yerdə qərarlaşır.
Məişət avadanlığı və elektron cihazlara isə maraq böyükdür. Əmək haqqının 7,4 %-i elektrik malları və mebelin alınmasına sərf olunur.
Pulun 5,7%-i isə avtomobil yanacağının payına düşür. Bu isə o deməkdir ki,əhalinin orta aylıq gəlirlərindən 30 manat bu istiqamətdə xərclənir.
Əhali tərəfindən əczaçılıq və tibbi malların alınmasına 1,3% ayrılır.
Statistikaya görə, maaşın 17,9%-i qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.