Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org trend-ə istinadən xəbər verir ki, avqustun 13-ü saat 12:00 radələrində Cəlilabad rayonunun Muğan kənd sakini 1987-ci il təvəllüdlü Filatov Yusif Sabir oğlu həmkəndlisi 1982-ci il təvvəllüdlü Əhmədov Vüsal Məhməd oğlunun işlətdiyi çayxananın girişində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı V.Əhmədova daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarət yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb və Y.Filatovun tapılması istiqamətində istintaq əməliyyat tədbirləri həyata keçirilir.