Rusiyanın Tümen vilayətində 6 yaşlı uşaq ildırım vurması nəticəsində ölüb.
Unikal.org-un məlumatına görə, uşağın meyiti Şuçyo kəndi yaxınlığında otlaq sahədə tapılıb.
Uşağın ölümü ilə bağlı Rusiya Federasiyasının Tümen vilayəti üzrə İstintaq komitəsi araşdırmaya başlayıb. Uşağın doğmaları dindirilir.
Məhkəmə-tibbi ekspertiza təyin edilib.