Ukraynada Kiyev vilayətinin polisləri "Dato Ağcabədili ləqəbli "qanuni oğrunu saxlayıblar.

Unikal.org Rusiya mətvuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin öz "facebook" səhifəsində məlumat verib:

"Dünən axşam saatlarında Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü "Dato Ağcabədili (Məmmədov Cavid İltizam oğlu - red.) saxlayıb. Bu "turist əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində ölkəyə gəlişi qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı.

O əlavə edib ki, Ukraynada digər "qanuni oğrular da var və polis onları ölkədən çıxarmaq üçün əlindən gələni edəcək.