Sabirabadda 1,5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Cəlilabad rayonu Közbulaq kənd sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Səlim Ağayev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən S.Ağayevin üzərinə keçirilən baxış zamanı onun əlindəki qutudan ümumi çəkisi 980 qram olan tiryək və 495 qram heroin aşkar edilərək götürülüb.