Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı sərəncamla Ð¥üsusi Dövlət Mühafizə Ð¥idmətinin rəisi, general-polkovnik Vaqif Axundovu təltif edib.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, Vaqif Axundov Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25 illiyi münasibətilə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə təltif olunub.

Prezidentin sərəncamı ilə Vaqif Axundov 1-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə mükafatlandırılıb.