Misirdə ağır yol qəzası baş verib. Qəza nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzində Asyut şəhəri yaxınlığında baş verib. İlkin məlumatda bildirilir ki, avtobus yoldan çıxaraq aşıb.