Avstraliya hökumətinin üç əsas naziri "rəhbərliyə qarşı qeyri-müəyyənliyin aradan qaldırılması" üçün hakim koalisiyaya daxil olan Liberal Partiyasının (PL) növbədənkənar toplantısının keçirilməsinə dair tələbi dəstəkləyib. Bundan sonra onlar vəzifələrində istefa edərək ərizələrini yazıblar. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ölkənin maliyyə naziri Matias Kormann, rabitə və incəsənət naziri Mitç Fayfild və məşğullluq və innovasiya naziri Mikeliya Keş istefaları ilə bağlı Kanberrada keçirilən mətbuat konfransında açıqlama veriblər.

Liberal Partiyasından olan üç nazirin dəstəyini itirən baş nazir və partiya lideri Malkolm Tyornbullun bu gün istefa verməsi gözlənilir.