Böyük Britaniyanın Çeşir qraflığında "Essar Oil UK" şirkətinin neft emalı zavodunda yanğın hadisəsi baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və xilasetmə qüvvələri cəlb olunub. 

Müəssədə çalışan yüzlərlə işçi təxliyyə olunub. Ölən və yaralılar barədə hələlik məlumat yoxdur.