İranın cənubunda 4,9 bal gücündə zəlzələ baş verib.

Unikal.org İran mətbuatına istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri ölkənin Kiş şəhərindən 63 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.