Misirdə sərnişin avtobusu qəzaya uğrayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Beni Sueyf əyalətində sərnişin avtobusunun aşması nəticəsində 28 nəfər xəsarət alıb.

Məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza Beni Sueyf - Zaafarana avtomobil yolunda baş verib.