Göyçay rayonunda həyətdə gəzən 9 yaşlı qızı ilan sancıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yekəxana kəndində qeydə alınıb. Kənd sakini 2009-cu il təvəllüdlü Şəmiyeva Aysu Səxavət qızı həyətdə gəzərkən qəflətən onu ilan sancıb.

Yaxınları tərəfindən azyaşlı dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. A.Şəmiyeva zərdab vurulub və vəziyyətinin orta-ağır olduğu bildirilir.