ABŞ-da bankdan çıxardığı pulla yanacaqdoldurma məntəqəsinə gedən qadının çantasında olan 75 min dolları oğurlamağa çalışan şəxsin görüntüləri təhlükəsizlik kameralarına düşüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatında baş verib.

Bankdan pul çıxarandan sonra qadını izləyən şübhəli şəxslər yanacaqdoldurma məntəqəsində qəfil hücumla çantanı ondan almağa çalışıblar. Çantasını buraxmaq istəməyən qadının köməyinə onun həyat yoldaşı çatıb. Amma oğrular ər-arvadın üzərinə avtomobil sürərək pulları aparıblar. İndi ABŞ polisi hadisənin kimlər tərəfindən törədildiyini və avtomobilin sahibinin kimliyini araşdırır.