Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistana gedən Almaniya kansleri Angela Merkel qondarma erməni soyqırımı abidəsini ziyarət edib.

Unikal.org-un məlumatına görə, Angela Merkeli Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan və İrəvan meri Kamo Areyan müşaiyət edib.

Kansler ziyarəti zamanı abidənin önünə əklil qoyub, daha sonra abidənin ətrafındakı ağacları sulayıb.