Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri yenidən Yəməni hədəf alıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Yəmənin Hudeydə şəhərinə hava zərbələri endirilib.
Məlumata görə, hücum zamanı əl-Dureyhim qəsəbəsində sərnişin avtobusu partlayıb.
Hadisə nəticəsində həyatını itirən 31 nəfərdən 22-si uşaqdır.
Qeyd edək ki, 9 avqustda Səda şəhərinə edilən hücum zamanı isə 50 məktəbli öldürülmüşdü.