Müşahidə kamerasına düşən kadrlardan görünür ki, "qanuni oğrular - Mindiya Qoradze (Lavasoğlu) və Ceyran Kinsuraşvili yaxınları ilə birlikdə söhbət aparırlar.
Unikal.org bildirir ki, Az bir müddət keçdikdən sonra sözləri çəp gələn tərəflər arasında dava düşür. Davada Gia Qoqeliani də iştirak edir. O, Mindiya Qoradzenin tərəfini saxlayaraq Ceyran Kinsuraşviliyə yumruq və təpik zərbələri vurur. Digər şəxslər isə onları ayırmağa çalışır. Daha sonra dava masa ətrafında davam etdirilir, sonda isə Mindiya Ceyrana daha bir yumruq zərbəsi endirir.
Hadisənin avqustun 12-də Türkiyənin Hopa şəhərində baş verdiyi bildirilir. ( olke.az )