Bakıda evdən pul oğurlayan xadimə tutulub.

Unikal.org  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisindəki evlərin birindəki seyfdən 1000 manat pul oğurlamaqda şübhəli bilinən, həmin mənzildə xadimə işləyən Bakı şəhər sakini Könül Tağıyeva saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.