İmişlidə yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Yalavac kəndində ümumi sahəsi 116 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 kv.m sahədə, 2 otağının tavanı 54 kv.m sahədə və qamışdan ibarət dam ortüyü 70 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.