İranın Məşhəd şəhərində yaşayış binalarının çökməsi nəticəsində ölən və yaralananlar var.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, 3 binanın çökməsi nəticəsində 10 nəfər ölüb, 5 nəfər isə xəstəxanalara çatdırılıb.

Hadisənin ilkin rəyə görə su qızdırıcı çənin partlaması nəticəsində baş verdiyi hesab edilir.

Partlayış nəticəsində daha 15 qonşu binanın zərər gördüyü qeyd edilir.

Qeyd edək ki, hazırda hadisənin səbəbləri aydınlaşdırılır.