Amerikanın beyin xərçəngindən əziyyət çəkən respublikaçı senatoru Con Makkeyn 81 yaşında dünyasını dəyişib.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə senatorun ofisinin bəyanatında deyilir.
Makkeyn 2017-ci ildən beyin xərçənginin aqressiv şəkli olan qlioblastoma ilə mübarizə aparırdı. Cümə günü yaxınları onun müalicədən imtina etdiyini bildirmişdilər.