İranın İraqla sərhədi yaxınlığında 6,1 maqnituda gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Kirmanşah şəhərinin 87,8 km-də qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində 140 nəfər xəsarət alıb, 1 nəfər isə həyatını itirib.

xxx

İranda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı artıb.

Unikal.org xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, təbii hadisə zamanı azı 232 nəfər yaralanıb. Məlumata görə, zəlzələ zamanı 1 nəfər həyatını itirib.