Sumqayıtda yanğın qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 12 ədəd elektrik açarı və 5 p.m elektrik kabeli yanıb.
Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.