Xətainin icra başçısı Abutalıbovu pis vəziyyətdə qoyur
11:26 05-09-2012
CƏMİYYƏT
Xətainin icra başçısı Abutalıbovu pis vəziyyətdə qoyur
Razim Məmmədov narazı sakinləri niyə sakitləşdirmək istəmir?
Xətai rayonu Cavanşir 38 unvanındakı qəzalı yataqxanada yaşayan bir qrup sakin Prezident Administrasiyasının qarşısında piket keçirib. Sakinlər yaşadıqları qəzalı binadan köçürmələrini istəyiblər.
Qeyd ediblər ki, 2000-ci ilin noyabr zəlzələsindən sonra bu binada yaşayan insanları evlə təmin etmək üçün dövlət hesabına 18 mərtəbəli 432 mənzilli iki yaşayış binası tikilsə də, həmin mənzillər sonradan kənar şəxslərə satılıb.
Sakinlər deyiblər ki, bununla bağlı dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova şikayət etmək istəsələr də, onlara qulaq asan olmayıb.
Narazı sakinlər bu piket vasitəsilə Bakı şəhər İcra Hakimiyyətindən Prezident Administrasiyasına şikayət ediblər. Polisin müdaxiləsi nəticəsində aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb.
Buna baxmayaraq, sakinlərdən 3 nəfər Prezident Administrasiyasına dəvət olunub ki, dinlənilsinlər...
Qeyd edək ki, adıçəkilən ünvanda yaşayan sakinlərin narazılığı bir müddətdir davam edir və onların əsas tənqid hədəfi Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur. Sakinlərin dünənki aksiyası onların ilk etiraz tədbiri də deyil. Bundan əvvəl onlar yolu da kəsmişdilər.
Amma bütün bunlara rəğmən nədənsə, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rəhbərlik etdiyi rayonun sakinlərinin təpkilərinin həm ictimailəşməsinə, həm də Prezident Administrasiyasının qarşısına qədər uzanmasına mane olmayıb. Bəs bunun səbəbi nə ola bilər?
Qeyd edək ki, hələ bir müddət əvvəl mətbuatda belə rəylər vardı ki, Bakı meri ilə paytaxtın əksər rayonlarının rəhbərləri arasında kəskin ixtilaf hökm sürür. Bakı rayonlarının bir çoxu ilə Hacıbala Abutalıbov arasında narazılıq və ixtilaf isə birinciləri paytaxt rəhbərinə qarşı mövqe tutmağa sövq edir. Hər iki tərəf arasındakı soyuqluq isə Abutalıbovun rayon başçılarının səlahiyyətlərinə tez-tez müdaxilə etməsi, onları özlərindən asılı duruma salmağa çalışması ilə izah edilirdi.
İndi Razim Məmmədovun da rəhbərlik etdiyi rayonun sakinlərinin Bakı şəhər İcra Hakimiyyətinin başçısına öz narazılıqlarını sərt formada bildirməsinə imkan verməsi ortadakı iddiaları təsdiqləyir. Bir daha məlum olur ki, paytaxt rayonlarının ”padşah”ları ilə Bakının “şef”i arasında həqiqətən də dərin uçurum var.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12