Türkiyənin İstanbul şəhərində 42 yaşlı kişi küçədə ölüb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Beyoğlu bölgəsində baş verib. Ərazidən keçən vətəndaşlar bir nəfərin səkinin üzərində hərəkətsiz vəziyyətdə oturmuş halda görüblər.
Hadisə yerinə təcili tibbi yardım maşını gəlib və məlum olub ki, həmin şəxs narkotikdən dünyasını dəyişib. Ölən şəxsin Gürkan Orta olduğu aydınlaşıb və onun meyiti müayinə üçün tibbi ekspertizaya göndərilib.