Moskva ətrafında çoxmərtəbəli binada yanğın baş verib.

Unikal.org  xəbər verir ki, bu gün səhər saatlarında Moskva ətrafı Korolyovda çoxmərtəbəli binada başlayan yanğını söndürmək çətin olub.

Rusiya FHN-nin məlumatına görə, yanğının ləğvi prosesinə 122 şəxsi heyət və 33 texnika cəlb edilib.

İnsan tələfatı yoxdur.