ABŞ-ın Çikaqo şəhərində yaşayış evində yanğın baş verib. 

Unikal.org-un məlumatına görə, yanğın nəticəsində altı uşaq olmaqla 8 nəfər həlak olub.

Yanğın yerli vaxtla saat 04:00-da başlayıb. Bir saata yaxın müddətdən sonra yanğın söndürülüb. Yanğının səbəbi hələ müəyyən olunmayıb.

Yanğın nəticəsində daha 2 nəfərin xəstəxanaya aparıldığı bildirilir.